Braziliyanın "Flamenqo" klubunun "Qarabağ"dan yeni transfer etdiyi Juninyo zədələnib.
Sportnet.az xəbər verir ki, o, Karioka liqasının VII turu çərçivəsində doğma meydanda "Botafoqo"ya qarşı keçirilən oyunda sıradan çıxıb.
Sağ dizindən xəsarət alan hücumçu 12-ci dəqiqədə əvəzlənib.