
Misli Premyer Liqasında XXIII tura bir oyunla start verilib.
Sportnet.az xəbər verir ki, "Sumqayıt" doğma meydanda "Zirə" ilə üz-üzə gəlib.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
"Zirə" bu qələbədən sonra turnir cədvəlində 42 xalla üçüncü pillədə yer alıb. 7-ci yerdə qərarlaşan Sumqayıt təmsilçisinin isə 22 xalı var.
Misli Premyer Liqası
II dövrə, XXIII tur
15 fevral
19:00. “Sumqayıt” – “Zirə” - 0:3
Qollar: Rafael Utziq, 14. Salifu Suma, 36; 65
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Əli Əliyev.
VAR: Tural Qurbanov.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Qeyd edək ki, XXIII turun qalan görüşləri fevralın 16-da və 17-də baş tutacaq.