
İngiltərənin "Çelsi' klubu İspaniya təmsilçisi "Barselona"da çıxış edən futbolçu Jül Kunde ilə maraqlanır.
Sportnet.az Sport.es"ə istinadən xəbər verir ki, London təmsilçisi 26 yaşlı müdafiəçi üçün 100 milyon avro ödəməyə hazırdır.
Lakin fransalı oyunçu Kataloniya klubunda xoşbəxtdir və komandadan ayrılmaq istəmir.
"Barselona" oyunçunun müqaviləsinin müddətini 2030-cu ilin yayınadək uzatmaq niyyətindədir.
Qeyd edək ki, Jül Kunde cari mövsüm bütün turnirlərdə 36 matçda iştirak edib, üç qol vurub və yeddi məhsuldar ötürmə ilə yadda qalıb.