
“Bayer” Bundesliqanın XXII turunda “Bavariya” ilə heç-heçə edib – 0:0.
Sportnet.az xəbər verir ki, Leverkuzen təmsilçisinin baş məşqçisi Xabi Alonso məşqçi kimi münhenlilərə qarşı keçirdiyi heç biri oyunu uduzmayıb.
Alonsonun “Bayer”i bütün turnirlər daxil olmaqla 6 dəfə “Bavariya” ilə üz-üzə gəlib, 3 qələbə qazanıb və 3 heç-heçə edib.
Xabi 2008-ci ildən sonra bu nailiyyəti əldə edən ilk mütəxəssisdir.