
"Futbolçularımı çox vacib qələbə münasibətilə təbrik edirəm. Belə oyunlarda futbolçuların xarakteri üzə çıxır. Bu, meydandakı mübarizədən görünürdü".
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Neftçi"ni 1:0 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının XXIII tur matçından sonra mətbuat konfransında deyib.
53 yaşlı mütəxəssis qırmızı vərəqə alan Kevin Medina barədə də fikirlərini bölüşüb:
"Belə oyunlarda səhv hərəkət olmaz. Sadəcə, həmin epizodda "Neftçi" azarkeşləri ona qarşı nalayiq ifadələr işlətmişdi. Medina da buna hirslənmişdi. Lakin hər bir halda insan nə edirsə, ilk növbədə özünə edir. Amma futbol kollektiv oyundur. Futbolun gözəlliklərindən biri budur. Belə oyunda qalib gəlməyimiz əsas məsələdir. Onun azlıqda qalması bizə hərtərəfli kömək oldu".