
“Açıq-aşkar penalti idi. Həmin epizodda topa heç bir təmas yox idi”.
Sportnet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Qarabağ”ın braziliyalı futbolçusu Kadi Borges Azərbaycan Premyer Liqasının XXIII turunda “Neftçi”ni 1:0 məğlub etdikləri matç barədə danışarkən deyib.
28 yaşlı hücumçu oyunun 86-cı dəqiqəsində penalti qazandığı epizoddan da danışıb: “Çox çətin oyun oldu. Erkən dəqiqələrdən azlıqda qaldıq. Amma əsl komanda ruhunu göstərdik. Matçın II hissəsində birlik olduğumuzu göstərdik. Yekunda da birliyimiz öz müsbət nəticəsini göstərdi. Penalti qazandığımız hissədə açıq-aşkar topa təmas yox idi. Təmiz penalti idi”.
Kadi gəlişindən sonra müsbət göstəricilərindən də danışıb: “Əlbəttə, özümüzə inam var idi. Bugün həqiqi mənada əsl xarakter göstərdik və bu özünü nəticədə əks etdirdi. Mənim üçün dəyişən bir şey yox idi. Yenə qalib gəldik. Ümumiyyətlə, “Neftçi” - “Qarabağ” oyunu Azərbaycan klassikasıdır. Bütün ölkənin diqqəti bu oyunda olur. Əsas odur ki, bu oyundan müsbət nəticə ilə qayıtdıq. Düşünürəm ki, yaxşı formadayam. Daha yaxşı performansımla komandama fayda verməyə çalışacağam”.
Qeyd edək ki, “Qarabağ” 56 xalla turnir cədvəlinin birinci, “Neftçi” isə 24 xalla altıncı pillədə yer alıb.