
"İnter"in əsas qapıçısı Yan Sommer zədələnib.
Sportnet.az xəbər verir ki, komanda təxminən 1 ay onun xidmətindən istifadə edə bilməyəcək.
36 yaşlı qapıçının sağ əl barmağında sınıq aşkarlanıb. Sommer bu mövsümdə 35 oyunda "İnter"in qapısını qoruyub və bunların 19-da qapısını toxunulmaz saxlayıb.
Qeyd edək ki, 2023-cü ildən Milan klubuna keçən isveçrəli qapıçı ötən mövsümdə İtaliya çempionu titulunu qazanıb.