
"Liverpul" klubu cari mövsümdə ikinci dəfə "Mançester Siti"yə qalib gəlib.
Sportnet.az xəbər verir ki, bu, İngiltərə Premyer Liqasında XXVI turun səfər qarşılaşmasına təsadüf edib.
2:0 hesablı qələbə qazanan baş məşqçi Arne Slotun komandası həm də qapısını toxunulmaz saxlayıb. Qolları Məhəmməd Salah 14-cü, Dominik Soboslai 37-ci dəqiqədə vurub. Bu komandalar arasında ilk dövrədəki oyunda da "Liverpul" eyni hesabla qalib gəlmişdi.
Mersisaydlılar həm də məğlubiyyətsiz oyunlar seriyasını 23-ə çatdırıb. Bu kollektiv sonuncu dəfə 14 sentyabr 2024-cü ildə "Nottingem Forest"ə uduzub - 0:1.