
Azərbaycan Premyer Liqasında iki oyunun vaxtı dəyişdirilib.
Sportnet.az xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.
Yayım və təşkilati məsələlər ilə əlaqədar olaraq “Turan Tovuz” - “Zirə” və “Sabah” - “Araz Naxçıvan” görüşlərinin başlama saatlarında dəyişiklik edilib. Hər iki görüş əvvəlcədən açıqlanmış saatdan 30 dəqiqə tez, müvafiq olaraq, 17:30 və 19:30-da start götürəcək.
Qeyd edək ki, hər iki matç martın 4-də keçiriləcək.