
Fransanın "Marsel" klubunun prezidenti Pablo Lonqoriya 15 oyunluq cəzalandırılıb.
Sportnet.az Fransa Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, buna klub rəhbərinin etikanı pozan, futbolun imicinə xələl gətirən təhqiramiz ifadə və davranışlara yol verməsi səbəb olub.
Fransa çempionatının XXIII turunda "Oser"lə matçda (0:3) qırmızı vərəqə alan "Marsel"in futbolçusu Derek Kornelius meydandan qovulduqdan sonra prezident görüşün hakimi Ceremi Stinata "korrupsiya, əsl korrupsiya" deyə qışqırıb.
İspaniyalı funksioner Fransa çempionatının cari mövsümündə komandasının qalan bütün oyunlarını buraxacaq. O, həmçinin növbəti mövsümdə də bəzi matçlarda iştirak edə bilməyəcək.
Qeyd edək ki, "Marsel" Fransa çempionatında 23 turdan sonra 46 xalla ikinci pillədə qərarlaşıb.