
Əlverişsiz hava səbəbindən təxirə salınan “Mingəçevir” – “Difai” qarşılaşmasının yeni tarixi müəyyənləşib.
Sportnet.az xəbər verir ki, bu barədə qərarı PFL verib.
Görüş sabah baş tutacaq. Matç Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunun ehtiyat meydançasında keçiriləcək. Qarşılaşma saat 14:00-da başlanacaq.
Qeyd edək ki, oyun bu gün keçirilməli idi.