
“Həmim epizodda VAR-a ehtiyac yox idi”.
Sportnet.az xəbər verir ki, bu sözləri “Kəpəz”in futbolçusu Elmir Tağıyev səfərdə “Neftçi”yə 0:1 hesabı ilə məğlub olduqları Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşündən sonra Teleqraf-a açıqlamasında deyib.
25 yaşlı yarımmüdafiəçi rəqibin hücumçusu Bassala Sambunun ona qarşı kobud oynadığını bildirib: “Məncə, təmiz qırmızı vərəqə idi. Heç VAR-a ehtiyac yox idi, qayda pozuntusu baş hakimin gözünün qabağında baş vermişdi”.
Qeyd edək ki, qarşılaşmanın 57-ci dəqiqəsində Bassala Sambu Elmir Tağıyevə qarşı qaydanı pozduqdan sonra baş hakim Rəşad Əhmədov əvvəlcə ona sarı vərəqə, VAR müdaxiləsindən sonra isə qırmızı vərəqə göstərib. “Kəpəz” ümumi hesabda 0:3 uduzaraq mübarizəni dayandırıb.