
“Barselona”nın müdafiəçisi Andreas Kristensen zədələnib.
Sportnet.az “Marca”ya istinadən xəbər verir ki, danimarkalı futbolçusu məşq zamanı sıradan çıxıb. Onun sağ ayağının bud əzələsi dartılıb.
Kristense 4 həftə meydana çıxa bilməyəcək. Danimarkalı bir həftə əvvəl uzunmüddətli zədədən sonra bərpa edilmişdi.
28 yaşlı futbolçu 2026-cı il iyunun 30-na qədər “Barselona”ya məxsusdur.