
"Barselona"nın gənc futbolçusu Lamin Yamala Ramazan ayının başlaması ilə bağlı xüsusi rejim tətbiq edilib.
Sportnet.az xəbər verir ki, İspaniya mətbuatında yer alan xəbərə görə, martın 1-də başlayan və 30-da bitən Ramazan ayı boyunca oruc tutacaq Yamal üçün fərqli qidalanma rejimi hazırlanıb.
Gənc futbolçu Ramazan ayının ilk günlərində keçirilən “Real Sosyedad”la qarşılaşmada baxımlı oyun nümayiş etdirərək fiziki hazırlığının qaydasında olduğunu sübut edib.
Ancaq orucluğun sonrakı günlərində çətin matç tempində bu vəziyyətin ona necə təsir edəcəyi maraq doğurur.
Yamal Çempionlar Liqasında "Benfika"ya qarşı müdafiədə Alvaro Karreras ilə rəqabət aparacaq və Ramazanın gətirdiyi fiziki çətinliklərin öhdəsindən gəlməyə çalışacaq. "Barselona"nın texniki komandası gənc ulduzun çıxışını diqqətlə izləyir.
Bu mövsüm 35 rəsmi matçda 11 qol vuran və 16 məhsuldar ötürmə edən gənc futbolçu həm də "Barselona"nın vazkeçilməz adlarındandır.