
Azərbaycan Premyer Liqasının XXVI turunun “Sumqayıt” – “Kəpəz” oyunundan (3:0) sonra qonaq komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib.
– Ən zəif oyunumuzu oynadıq. Qol vura bilməyəndə pis duruma düşürük. Şanslarımız oldu, dəyərləndirə bilmədik.
– Futbol oynamaq üçün ideal idi hər şey. Xal qazanmağa nə mane oldu?
– Fərqli hissələr oldu. Birinci yarıda imkanlarımız oldu, amma dəyərləndirə bilmədik. Fasilədən sonrakı oyunu bəyənmədim, tapşırıqlar icra olunmadı. Komanda daxilində problem var, onu tapacam.
– “Neftçi” ilə oyundan sonra heyət məsələsini qabartmışdınız…
– “Sumqayıt”ın keyfiyyətli heyəti var.
– Əsas rəqiblərlə xal itirirsiz, amma güclüləri məğlub edə bilirsiz. Düşünürsüz ki, arxayınlıq var?
– İsinmə hərəkətləri zamanı belə arxayınlığı hiss etmək olur. Bu gün sonlarda olmağımıza səbəb psixoloji durumdur. Bunu aradan qaldıra bilsək, yaxşı olar.
– Komanda daxilində problem nədir?
– Axtaracağıq.
– Bu mövsüm “Sumqayıt”a qol vura bilməmisiniz. Bu, nə ilə bağlıdır?
– Son 6-7 həftəni sırf realizasiya üzərində işləyirik. Qapıya zərbə vuran futbolçu başını qaldırıb, baxmamlıdır. Əvvəldən özünü kökləməlidir. Elə epizodlardan qol vura bilmirik ki… Amma gülməli qollar buraxırıq.
– 11 tur qol vura bilməyən komandadsn 3 top buraxmaq necə təsir edir?
– Hər məğlubiyyət həzm olunası deyil. Uduzmaq olar, amma bu gün məğlub olmaq istəmirdik.
– Oyundan əvvəl Vaqif Cavadov sizi duelə çağırmışdı. Ona məğlub oldunuz?
– Duel məsələsi deyil, inşallah, hər şey “Kəpəz” üçün yaxşı olar.
– Növbəti turda “Qarabağ”, daha sonra “Səbail”lə qarşılaşacaqsız. Hansı oyuna daha çox diqqət edəcəksiz?
– Hər oyun bizimçün vacibdir. Rəqibə baxmamalıyıq.