
UEFA Çempionlar Liqasında həftənin oyunçusu müəyyənləşib.
Sportnet.az xəbər verir ki, bu ada Fransa PSJ-sinin qapıçısı Canluici Donnarumma layiq görülüb.
O, azarkeşlər arasında səsvermə nəticəsində Harri Keyn (“Bavariya”, Almaniya), Canluici Donnarumma (PSJ, Fransa), Marko Asensio (“Aston Villa”, İngiltərə) və Emre Canı (“Borussiya” Dortmund) geridə qoyub.
Qeyd edək ki, Canluici Donnarumma İngiltərə "Liverpul"una qarşı 1/8 final mərhələsinin cavab görüşündə penaltilər seriyasında iki zərbəni dəf edib. Ötən həftənin ən yaxşı futbolçusu isə məhz "Liverpul"un qolkiperi Alison Bekker seçilmişdi.