
Azərbaycan I Liqasında XVIII tura yekun vurulub.
Sportnet.az xəbər verir ki, bununla da çempionatda 2-ci dövrə tamamlanıb.
Son oyun günündə 1 matç keçirilib. 6-cı yerdəki MOİK 7-ci pillədəki "Mingəçevir"in qonağı oub. Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 1:0. Bu, Mingəçevir təmsilçisinin ardıcıl 4-cü qələbəsidir. Uğurlu seriyaya qədər isə komanda ardıcıl 14 turda qələbə qazana bilməmişdi.
14 mart (cümə)
15:00. “Mingəçevir” – MOİK - 1:0
Qol: T.Fərmanov, 88
Hakimlər: Emin Əliyev, Kərim Zeynalov, Sənan Atayev, Nəriman Ağayev
Mingəçevir şəhər stadionu (ehtiyat meydança)