
İspaniyanın “Real Madrid” komandasının baş məşqçisi Karlo Ançelotti sıx oyun qrafikindən şikayətlənib.
Sportnet.az xəbər verir ki, italiyalı çalışdırıcı komandasının üç gündən bir oyun keçirməsinin futbolçularda yorğunluq yaratdığını deyib: “Bu şəraitdə futbol oynamaq çətindir. Ümid edirəm ki, gələcəkdə hər şey fərqli olacaq”.
Xatırladaq ki, martın 12-də “Real Madrid” Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçında “Atletiko” ilə qarşılaşıb. “Kral klubu” bu gün isə ölkə çempionatında “Vilyarreal”la üz-üzə gələcək.