
“Ötən gün Gürcüstan-Ermənistan oyunundan sonra baş vermiş insident UEFA-nın sanksiyalarına səbəb ola bilər”.
Sportnet.az-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Futbol Federasiyasının Prezidenti Levan Kobiaşvili yaydığı bəyanatda bildirib.
Onun sözlərinə görə, insident Gürcüstan futboluna ziyan vurmaqla yanaşı, ölkənin beynəlxalq imicinə də xələl gətirir.
“Qonaq komandanın azarkeşlərinə qarşı bu cür davranış yolverilməzdir. Baş verənlərə görə UEFA sanksiyalar tətbiq etsə, bu, həm milli yığmaya, həm də gürcü azarkeşlərə mənfi təsir göstərəcək”, – L.Kobiaşvili vurğulayıb.
Qeyd edək ki, ötəngünkü futbol matçı Gürcüstanın 6:1 hesablı qələbəsi ilə başa çatandan sonra bir qrup gürcü azarkeş meydana çıxaraq erməni azarkeşlərə tərəf plastik butulkalar ataraq onları qarşıdurmaya sövq edib.