
Futbol üzrə Monteneqro milli komandası 2026-cı il dünya çempionatının seçmə mərhələsində növbəti qələbəsini qazanıb.
Sportnet.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq baş məşqçisi Robert Prosineçkinin rəhbərlik etdiyi kollektiv Farer adaları yığmasını məğlubiyyətə uğradıb.
Yeganə qolu "Neftçi"dən dəvət almış yarımmüdafiəçi Edvin Kuç vurub. Meydana 46-cı dəqiqədə daxil olan 32 yaşlı futbolçu 90+6-cı dəqiqədə fərqlənib.
"Qarabağ"dan çağırılan Marko Yankoviç və Marko Veşoviç isə Monteneqro millisinin heyətində ilk "11-lik"də yer alıb. Yankoviç 69-cu, Veşoviç 70-ci dəqiqədə əvəzlənib.
Bu qələbə sayəsində Monteneqro millisi L qrupunda 6 xalla 2-ci pillədə qərarlaşıb. Turnir cədvəlinə eyni xala malik Çexiya başçılıq edir.