
Fransa yığmasının sabiq oyunçusu Tyerri Anri İngiltərə Premyer Liqa tarixinin ən yaxşı futbolçusu seçilib.
Sportnet.az xəbər verir ki, “FourFourTwo”nun yeni reytinq siyahısında keçmiş “Arsenal”lı hamını geridə qoyub.
Məşhur portuqaliyalı futbol ulduzu Kriştianu Ronaldu 2-ci, ingiltərəli Ueyn Runi 3-cü yerdədir.
İlk "onluq"da müfaviq olaraq Alan Şirer, Məhəmməd Salah, Kevin de Bruyne, Erik Kantona, Harri Keyn, Roy Kin və Frenk Lempard da yer alıb. Siyahıya Premyer Liqada çıxış etmiş 100 futbolçu daxil edilib.