
Braziliya milli komandasının baş məşqçisi Dorival Junior tutduğu vəzifədən azad edilib.
Sportnet.az-ın məlumatına görə, bu barədə Braziliya Futbol Konfederasiyasının (CBF) mətbuat xidməti xəbər yayıb.
“Rəhbərlik mütəxəssisə təşəkkür edir və ona gələcək karyerasında uğurlar arzulayır. Bundan sonra CBF onun əvəzləyicisini axtaracaq”, - məlumatda deyilir.
Juniorun qovulması 2026-cı il Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində Braziliyanın Argentinaya qarşı böyük hesablı (1:4) məğlubiyyəti ilə üst-üstə düşüb. Braziliya hazırda liqa cədvəlində dördüncü yerdədir.
Qeyd edək ki, 62 yaşlı mütəxəssislə müqavilə 2024-cü il yanvarın 8-də imzalanıb və müddəti 2026-cı il dekabrın 31-nə kimi olub.