
Azərbaycan millisinin futbolçusu Mahir Emreli "Nürnberq"in heyətində Almaniya II Bundesliqasında növbəti oyununu keçirib.
Sportnet.az xəbər verir ki, 28 yaşlı hücumçunun komandası XXVII turda "Reqensburq"un qonağı olub.
"Yanştadion"da baş tutan qarşılaşmada meydan sahibi komanda 2:1 hesablı qələbə qazanıb.
Emreli görüşün 77-ci dəqiqəsində Cenis Antistenin əvəzinə oyuna girib.
Bu nəticədən sonra "Nürnberq" 41 xalla 8-ci, "Reqensburq" isə 19 xalla sonuncudur.
Qeyd edək ki, Mahir Emreli cari mövsüm II Bundesliqada keçirdiyi 16 matçda 3 qol və 1 məhsuldar ötürmə müəllifi olub.