
Azərbaycanlı hakim Fəridə Lütfəliyeva 19 yaşadək qadın futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının II seçmə mərhələsinin B Liqasında keçiriləcək oyunları idarə edəcək.
Sportnet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, FİFA referisi II qrup çərçivəsində aprelin 1-də Farer adaları – Moldova, 7-də Moldova – Kipr matçlarının baş hakimi olacaq.
F.Lütfəliyeva aprelin 4-də Estoniya – Moldova qarşılaşmasında dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Gülnurə Əkbərzadə isə həmin görüşlərin köməkçi hakimi olacaq.
Qeyd edək ki, qrupun oyunları Moldovada təşkil olunacaq.