
UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.
Sportnet.az xəbər verir ki, turnirin əsas favoritlərindən sayılan İngiltərənin “Çelsi” komandası Polşada “Legiya”nın qonağı olub. Görüş London komandasının böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0.
İtaliya "Fiorentina"sı və Avstriya "Rapid"i də səfər oyunlarından qalibiyyətlə ayrılıb. Meydan sahiblərindən yalnız İspaniya "Betis"i öz meydanında azarkeşlərini sevindirə bilib.
UEFA Kofrans Liqası
1/4 final, ilk oyunlar
10 aprel
20:45. “Legiya” (Polşa) – “Çelsi” (İngiltərə) - 0:3
Qollar: Tayrik Corc, 49. Noni Madueke, 57; 74
Qolla nəticələnməyən penalti: Kristofer Nkunku, 73 ("Çelsi")
23:00. “Betis” (İspaniya) – “Yaqelloniya” (Polşa) - 2:0
Qollar: Sedrik Bakambu, 24. Xesus Rodriges, 45+2
23:00. “Selye” (Sloveniya) - Fiorentina (İtaliya) - 1:2
Qollar: Loqan Delorye-Şobe, 68 (penalti ilə) - Luka Ranyeri, 27. Lorando Mandraqora, 62 (penalti ilə).
23:00. “Yurqorden” (İsveç) – “Rapid” (Avstirya) - 0:1
Qol: Hampus Finndell, 62 (öz qapısına)
Qeyd edək ki, cavab görüşləri aprelin 17-də keçiriləcək.