
Hər məğlubiyyət bir dərsdir.
Sportnet.az-n məlumatına görə, bunu Almaniyanın "Nürnberq" klubunda çıxış edən Mahir Emreli şəxsi instaqram hesabında yazıb.
27 yaşlı hücumçu II Bundesliqanın XXX turunda doğma meydanda "Paderborn"a uduzduları matç haqqında fikirlərini bölüşüb:
"Bu, gözlədiyimiz nəticə deyil. Buna baxmayaraq mübarizə apardığımız üçün qürur duyuruq. Komanda ilə fəxr edirik. Biz daha güclü qayıdacağıq. Dəstəyiniz üçün minnətdarıq".
Qeyd edək ki, "Nürnberq"in "Paderborn"a 2:3 hesabı ilə məğlub olduğu görüşdə komandanın qollarını Mahir Emreli vurub.