
İtaliya A Seriyasının bu gün keçirilməli olan oyunları təxirə salınıb.
Sportnet.az xəbər verir ki, bu qərar Roma Papası Fransiskin ölümü ilə əlaqədardır.
Aprelin 21-də "Torino" - "Udineze", "Kalyari" - "Fiorentina", "Cenoa" - "Latsio" və "Parma" - "Yuventus" görüşləri nəzərdə tutulmuşdu. Qarşılaşmaların yeni tarixi gələcəkdə açıqlanacaq.
Xatırladaq ki, Roma Papası Fransisk bu gün 88 yaşında ikən vəfat edib.