
Azərbaycan Kubokunun final oyununun vaxtı dəyişdirilib.
Sportnet.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.
Həlledici qarşılaşma əvvəlcədən müəyyən olunduğu kimi iyunun 1-də baş tutmayacaq. Həmin tarixdə Bakıda minifutbol üzrə dünya çempionatının finalı keçiriləcəyi üçün ölkə kubokunun görüşü 1 gün əvvələ - mayın 31-nə təsadüf edəcək.
Matç öncədən elan olunduğu kimi Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, saat 19:00-da start götürəcək.