
"Kubokun məsuliyyəti mənim boynumdadır və üzr istəyirik".
Sportnet.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov səfərdə "Sabah"la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.
47 yaşlı mütəxəssis məsuliyyəti öz üzərinə götürüb: "Sağ olsunlar azarkeşlərimiz. İlk dəfədir ki, səfər oyununda bu qədər azarkeşimiz var idi. Arxamızda olduqlarını hiss edirdik. Kubokun məsuliyyəti mənim boynumdadır və üzr istəyirik".