
Futbol üzrə Türkiyə Super Liqasının XXXIV turunda mövsümün son derbisi keçirilib.
Sportnet.az xəbər verir ki, "Fənərbağça" "Beşiktaş"la qarşılaşmadan 0:1 hesablı məğlubiyyətlə ayrılıb.
Yeganə qolu 44-cü dəqiqədə Gedson Fernandeş vurub. Bunadək Fernandeş 37-ci dəqiqədə penaltidən yararlana bilməyib.
Beləliklə, Joze Mourinyonun rəhbərliyi altında sonuncu derbidə də qalib gələ bilməyən "Fənərbağça" 75 xala malik lider "Qalatasaray"ın 8 xal gerisinə düşüb. "Beşiktaş" isə 55 xalla 4-cüdür. Üçüncü pillədə 57 xalla "Samsunspor" qərarlaşıb.