
İtaliyanın "İnter" klubu UEFA Çempionlar Liqasının (ÇL) yarımfinal mərhələsinin "Barselona" ilə cavab oyununda (4:3) bilet gəlirləri üzrə rekorda imza atıb.
Sportnet.az "Corriere dello Sport" istinadən xəbər verir ki, Milan təmsilçisi "San Siro"da təşkil olunan matçdan 14,7 milyon avro qazanıb.
Mənbənin məlumatına görə, oyunu stadiondan 75 504 tamaşaçı izləyib. Daha əvvəl bilet satışından əldə olunan gəlir rekordu ÇL-nin 2022/2023-cü il mövsümünün 1/2 finalında keçirilən "İnter" - "Milan" görüşünə (1:0) məxsus idi. Həmin qarşılaşmanın ev sahibinin qazancı 12,5 milyon avro təşkil edib.
Qeyd edək ki, "İnter" ÇL-nin finalında Fransanın PSJ klubu ilə üz-üzə