
"Neftçi"nin uşaq komandalarının məşqçisi İslam Kərimov AFFA-da keçirilən püşkatma mərasimində "Xan Lənkəran"ın adı yazılmış püşkü çəkməsinə aydınlıq gətirib.
Təcrübəli mütəxəssis Sportnet.az-a açıqlamasında bunun püşkatma proseduru ilə əlaqədar olduğunu bildirib.
Onun sözlərinə görə, tədbirə toplaşan hər bir uşaq məşqçisinə səbətlərdəki kürəcikləri açaraq, komandaları təqdim etmələri istənilib. Kərimov bəxtinə "Xan Lənkəran"ın çıxdığını bildirib.
Baş məşqçi uzun müddətdir "Neftçi"də çalışdığını və komandanı tərk etmək fikrində olmadığını əlavə edib.
Qeyd edək ki, bu gün AFFA U-13 və U-14 Liqasında pley-off mərhələsinin püşkü atılıb. "Neftçi" U-13 Liqasının 1/8 finalında "Gəncə"yə, U-14 Liqasında isə "Turan Tovuz"a rəqib olub.