
“Napoli”nin baş məşqçisi Antonio Konte “Yuventus”un maraq dairəsinə düşüb.
Sportnet.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Turin klubu xorvatiyalı mütəxəssis İqor Tudorla mövsümün sonunda başa çatacaq müqaviləni uzatmayacaq.
Bir müddət öncə Kontenin neapolluların transfer siyasətindən narazı olduğu haqda xəbərlər yayılmışdı. “Napoli” A Seriyasında çempion olmağa yaxın olsa da, baş məşqçinin klubda qalmaq istəmədiyi bildirilir.
Qeyd edək ki, Tudor bu ilin martında Tiaqo Mottanı əvəzləyib.