
"Barselona"nın futbolçusu Lamin Yamal komandasının La Liqa çempionu olmağından danışıb.
Sportnet.az xəbər verir ki, Kataloniya təmsilçisi ötən gecə "Espanyol"a qalib gələrək (2:0) sona 2 tur qalmış çempionluğu rəsmiləşdirib.
Yamal isə bu uğurda komandanın sabiq baş məşqçisi Xavinin payıın da olduğunu deyib: “Xaviyə təşəkkür etmək istərdim. Onsuz bu mümkün olmazdı.
Xavi gənc futbolçulara əsas komandada debüt etmək imkanı verdi. Ona minnətdaram".
Qeyd edək ki, Xavi Hernandes 2021-2024-cü illərdə "Barselona"nı çalışdırıb. Daha sonra onu Hans-Diter Flik əvəzləyib.