
Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli "Nürnberq" klubunun heyətində Almaniya II Bundesliqasında son oyununu keçirib.
Sportnet.az xəbər verir ki, səfər matçında rəqib "Ayntraxt Braunşveyq" olub.
Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 4:1.
Meydana start heyətində çıxan Emreli het-trik edib. O, 10-cu, 20-ci və 45+1-ci dəqiqələrdə fərqlənib. 28 yaşlı hücumçu 83-cü dəqiqədə əvəzlənib.
Bununla da Emreli "Nürnberq"in heyətində II Bundesliqada vurduğu qol sayını 10-a çatdırıb. O, daha bir qolu Almaniya Kubokunda vurub.
Qeyd edək ki, bu nəticədən sonra "Nürnberq" çempionatı 48 xalla 10-cu pillədə başa vurub. Mahir Emreli isə klubla müqaviləni uzatmayaraq, yollarını ayırıb.