
Almaniyanın "Verder" klubu baş məşqçi Ole Verneri istefaya göndərib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, buna 37 yaşlı mütəxəssisin 2026-cı ilin yayında bitəcək müqaviləsini uzatmaqdan imtina etməsi səbəb olub.
Rəhbərlik onunla uzunmüddətli əməkdaşlıq etmək istəsə də, Verner komandada mövcud müqaviləsi bitəndən sonra qalmaq niyyətində olmadığını bildirib. Nəticədə onun vəzifəsindən kənarlaşdırılması qərara alınıb.
Qeyd edək ki, Ole Verner "Verder"ə 2021-ci ildə baş məşqçi təyin olunub. Onun rəhbərliyi altında Bremen komandası Bundesliqaya vəsiqə qazanıb. 2024/2025 mövsümündə isə "musiqiçilər" 51 xalla 8-ci yeri tutub.