
İspaniyanın “Real Madrid” klubu Portuqaliya təmsilçisi “Benfika”nın futbolçusu Alvaro Karrerası transfer etməyə yaxındır.
Sportnet.az “OK Diario”nəşrinə istinadən xəbər verir ki, tərəflər artıq 22 yaşlı cinah müdafiəçisinin keçidinə dair razılığa gəliblər.
Sövdələşmənin məbləği 45 milyon avro təşkil edəcək.
Qeyd edək ki, Karreras “Real Madrid”in yetirməsidir.
Transfer tezliklə baş tutacağı təqdirdə, ispaniyalı futbolçu Klublararası Dünya Çempionatında “kral klubu”nun heyətində çıxış edəcək.