
Misirin “Əl-Əhli” klubu ilə ABŞ-nın “İnter Mayami” arasında keçiriləcək Klublararası Dünya Çempionatında açılış oyununa 20 mindən az bilet satılıb.
Sportnet.az “The Times” nəşrinin istinadən xəbər verir ki, Mayami Qardensdə yerləşən 65 326 azarkeş tutumuna malik “Hard Rok” stadionununa görə bu rəqəm çox azdır.
Bildirilir ki, FIFA 15 iyunda start götürək oyun üçün tamaşaçı sayını artırmaq məqsədilə bilet qiymətlərini aşağı salıb. Əvvəllər biletlər 349 ABŞ dollarından başlayan qiymətlərlə satılırdısa, indi 55 dollar dəyərindədir.
Qeyd edək ki, Klublararası Dünya Çempionatında qrup mərhələsi 14 iyunda başlayacaq və 26 iyunda başa çatacaq. Pley-off mərhələsi 28 iyun – 9 iyul tarixlərini əhatə edəcək. FIFA final oyunu 13 iyulda keçiriləcək turnirə 130-dan çox ölkədən baxmağa gələcəklərini gözləyir.