
"Qarabağ"ın futbolçusu Redon Cica evlənib.
Sportnet.az xəbər verir ki, 26 yaşlı hücumçu Kristina adlı xanımla ailə həyatı qurub.
Cütlüyün toy mərasimi Cicanın vətəni Albaniyada keçirilib.
Qeyd edək ki, Redon Cica 2023-cü ilin yanvar ayından Ağdam təmsilçisində oynayır.