
Futbol üzrə 2026-cı il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində növbəti görüşlər keçirilib.
Sportnet.az xəbər verir ki, 5 komandalı qruplardan 3-də 6 qarşılaşma oynanılıb.
Əslən azərbaycanlı Əli Əliyevin baş məşqçisi olduğu Qazaxıstan yığması Şimali Makedoniyanı qəbul edib. Görüş qonaq komandanın minimal hesablı qələbəsi ilə yekunlaşıb.
İtaliya yığması Luçano Spalettinin rəhbərliyi altında son oyununda evdə Moldovanı yenib. Bu görüşdə qonaq komandanın "Araz-Naxçıvan"dan dəvət olunmuş qapıçısı Kristian Avram sonadək meydanda olub.
Norveç isə səfərdə Estoniyanı yenərək, ardıcıl 4-cü qələbə sayəsində növbəti mərhələyə vəsiqəni böyük ölçüdə həll edib.
Gecənin ən məhsuldar oyununda Belçika Uelsi 4:3 hesabı ilə yenərək, J qrupunda 3-cü pilləyə yüksəlib.
Daha bir məhsuldar qarşılaşmada isə Xorvatiya 5:1 hesabı ilə qalib gəldiyi Çexiyanı dayandırmağı bacarıb.
DÇ-2026
Seçmə mərhələ
9 iyun
I qrupu
22:45. İtaliya – Moldova - 2:0
22:45. Estoniya – Norveç - 0:1
Xal durumu: Norveç - 12 xal (4 oyuna), İsrail - 6 (3), İtaliya - 3 (2), Estoniya - 3 (4), Moldova - 0 (3).
J qrupu
18:00. Qazaxıstan – Şimali Makedoniya - 0:1
22:45. Belçika – Uels - 4:3
Xal durumu: Şimali Makedoniya - 8 xal (4 oyuna), Uels - 7 (4), Belçika - 4 (2), Qazaxıstan - 3 (3), Lixtenşteyn - 0 (3).
L qrupu
22:45. Xorvatiya – Çexiya - 5:1
22:45. Farer adaları – Cəbəllütariq - 2:1
Xal durumu: Çexiya - 9 xal (4 oyuna), Xorvatiya - 6 (2), Monteneqro - 6 (3), Farer adaları - 3 (3), Cəbəllütariq - 0 (4).