
Belçika milli komandasının futbolçusu Romelu Lukaku yığmalar səviyyəsində ən çox qol vuran futbolçular siyahısında dünyada beşinci yerə yüksəlib.
Sportnet.az xəbər verir ki, 32 yaşlı hücumçu buna 2026-cı il dünya çempionatının seçmə mərhələsində J qrupunun Uelslə matçında (4:3) nail olub.
Belçika yığmasının heyətində penaltidən fərqlənən Lukaku millidəki 89-cu qolunu vurub.
O. malayziyalı Moxtar Daxari ilə bərabərləşib. Lakin Lukaku bu nəticəni 124 oyunda, Daxari isə 142 matçda əldə edib.
Milli komandanın tarixində ən çox qol vuran portuqaliyalı hücumçu Kriştianu Ronaldudur ki, onun hesabında 138 qol var.