
İtaliyanın "Napoli" klubu futbolçu Kevin De Bröyne ilə müqavilə bağlayıb.
Sportnet.az Neapol təmsilçisinin X səhifəsinə istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi 3 illik anlaşmaya imza atıb.
Belçikalı oyunçu ildə 5 milyon avro qazanacaq.
Qeyd edək ki, Kevin De Bröyne ötən mövsüm İngiltərənin "Mançester Siti" klubunun heyətində 40 oyuna 6 qol və 8 məhsuldar ötürmə müəllifi olub.