
Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) İsveçin "Torns" klubunun müraciətindən sonra ofsayd qaydasında dəyişiklik edib.
Sportnet.az xəbər verir ki, üçüncü divizion təmsilçisi 2023-cü ildə ofsayd qaydalarının mətnindəki boşluğa diqqət çəkən gülməli bir video yayımladı.
Onlar müraciətdə ofsayd qaydalarının mətnində ötürmə zamanı “ilk təmas nöqtəsi”nin nəzərə alındığını bildiriblər. Bu o deməkdir ki, nəzəri olaraq topu ayağınızda saxlaya və sonra müdafiəçilərin arxasına ata bilərsiniz.
Klub bununla bağlı IFAB-a videomüraciət edib.
Qanunverici orqan əvvəlcə bu tələbi rədd etsə də, sonradan mətnə düzəliş etməyə razılaşıb.
“Torns” komandası 1200 nəfər əhalisi olan şəhəri təmsil edir.