
Türkiyənin "Fənərbağça" basketbol komandasının keçmiş baş məşqçisi Dimitris İtudisin İsrailin paytaxtı Tel-Əvivdəki mənzili İran ordusunun raket zərbəsinə məruz qalıb.
Sportnet.az-ın "One" nəşrinə istinadən məlumatına görə, 55 yaşlı mütəxəssisin mənzili raketin düşdüyü yerin digər tərəfində olduğu üçün heç bir zərərlə üzləşməyib.
İlkin olaraq evin dağıldığı, hazırda “Hapoel Tel-Əviv” klubunda olan məşqçinin isə xəsarət almadığı iddia edilirdi.
İtudis hazırda Yunanıstandadır. Onun işlədiyi klub evin dağılmadığını bildirib.
Qeyd edək ki, münaqişə iyunun 13-nə keçən gecə İsrail ordusunun İranın nüvə proqramı obyektlərinə qarşı genişmiqyaslı əməliyyata başlaması ilə alovlanıb. Buna cavab olaraq İran İsrailə raket zərbəsi endirib.
Dimitris İtudis 2014 - 2022-ci illərdə Rusiyanın MOİK, 2022-2023-cü illərdə isə "Fənərbağça"nın baş məşqçisi olub.