
"Sabah" klubu müqavilə müddəti başa çatmış futbolçusu Con İrasabal ilə yollarını ayırıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ispaniyalı müdafiəçi 2022-ci ildən çıxış etdiyi komanda ilə vidalaşıb.
29 yaşlı legioner “Sabah”ın heyətində 98 oyunda meydana çıxıb, 6 qola imza atıb, Azərbaycan Kubokunu, Premyer Liqada isə gümüş və bürünc medalları qazanıb.