
ABŞ-da təşkil olunan klublararası dünya çempionatında daha bir oyun başa çatıb.
Sportnet.az xəbər verir ki, E qrupunun ilk görüşündə Argentinanın "River Pleyt" və Yaponiyanın "Urava Red Diamonds" komandaları üz-üzə gəlib.
Sietl şəhərinin "Lümen Fild" stadionunda baş tutmuş qarşılaşmada "River Pleyt" 3:1 hesablı qələbə qazanıb.
Fakundo Kolidio 12-ci, Sebastyan Driussi 48-ci, Maksimilyano Mesa 73-cü dəqiqədə Argentina komandasının qollarını vurub.
Yaponiya təmsilçisindən isə Yusuke Matsuo 58-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib.
Gecə saat 2-də başlanacaq qrupun digər oyununda Meksikanın "Monterrey" və İtaliyanın "İnter" komandaları qarşılaşacaq