
UEFA Avropa Liqasında II təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
Sportnet.az xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki Avropa Futbol Evində təşkil olunan tədbirdə Azərbaycan Kubokunun sahibi "Sabah"ın potensial rəqibi məlum olub.
"Sabah" I təsnifat mərhələsində Sloveniya "Tsele"sini mübarizədən kənarlaşdıracağı təqdirdə, AEK (Larnaka, Kipr) - "Partizan" (Belqrad, Serbiya) cütünün qalibi ilə üz-üzə gələcək.
Bu halda, "Sabah" ilk oyununu iyulun 24-də evdə, cavab görüşünü iyulun 31-də səfərdə keçirəcək.