
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
Sportnet.az xəbər verir ki, püşk nəticəsində "Zirə", "Araz-Naxçıvan", eləcə də Avropa Liqasının I təsnifat mərhələsində Sloveniya "Tsele"sini keçə bilməyəcəyi təqdirdə, "Sabah"ın rəqibləri müəyyənləşib.
Konfrans Liqası, II təsnifat mərhələsi
"Zirə" - "Hayduk" (Split, Xorvatiya)
"Araz-Naxçıvan" - "Aris" (Saloniki, Yunanıstan)
"Birkirkara" (Malta) / "Petrokub" (Moldova) cütünün qalibi - "Sabah" / "Tselye" (Sloveniya) cütünün məğlub komandası
Qeyd edək ki, İlk oyunlar iyulun 24-də adları birinci göstərilən komandaların meydanında, cavab görüşləri isə iyulun 31-də keçiriləcək.