
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə"nin Xorvatiya "Hayduk"una qarşı ev oyununu keçirəcəyi stadion bəlli olub.
Klubdan Sportnet.az-a verilən məlumata görə, “qartallar” rəqibini “Neftçi Arena”da (8-ci km stadionu) qəbul edəcək.
Püşkə əsasən, ilk oyun iyulun 24-də Bakıda, cavab qarşılaşması isə iyulun 31-də Split şəhərində keçiriləcək.
Qeyd edək ki, “Zirə” ötən mövsüm avrokubok oyunlarını “Liv Bona Dea Arena”da keçirsə də, bu il həmin stadionda “Araz-Naxçıvan” rəqibləri qəbul edəcək.