
Futbol üzrə Azərbaycan II Liqasında çıxış edən "Hypers Guba" adını dəyişdirib.
Sportnet.az klubun rəsmi səhifəsinə istinadən xəbər verir ki, komanda "Quba" ilə əvəzlənib.
Açıqlamada bu rebrendinqin yeni başlanğıcın xəbərçisi olduğu vurğulanıb: "İndi "Quba" PFK adı ilə Qubanın adını daha da yüksəklərə daşıma zamanıdır. İrəlidə bizi hələ yazılmamış hekayələr, yenilməmiş rəqiblər və qazanılmamış çempionluq gözləyir".
Qeyd edək ki, 2024/2025 mövsümündə "Hypers Guba" II Liqada 4-cü yeri tutub. I Liqaya vəsiqə uğrunda pley-off matçında "Difai"yə 1:3 hesabı ilə uduzan Quba təmsilçisi yuxarı liqaya vəsiqə qazana bilməyib.